Əli Rəhimli
🎓 Proqramlaşdırma müəllimi
Rəhimli Əli Elşən oğlu – 2001-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.
2019-ci ildə Cəlilabad rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi yüksək qiymətlərlə bitirmişdir.
2019–2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində
“Kompüter şəbəkələrinin hesablanması və servis xidməti” ixtisası üzrə təhsil almış və dövlət diplomu əldə etmişdir.
2020–2021-ci illərdə Coders Azerbaijan Academyasında İT sahəsi üzrə Front-end proqramlaşdırma ixtisasını müvəffəqiyyətlə bitirmiş və yüksək dərəcəli sertifikata layiq görülmüşdür.
2021–2022-ci illərdə Coders Azerbaijan Academyasında Mentor müəllim kimi fəaliyyət göstərmişdir.
2022–2023-ci illərdə ETNA Academy-də İT sahəsi üzrə Help Desk istiqamətində təhsil almış, bu sahəni dərindən mənimsəmiş və proqramı fərqlənmə ilə tamamlamışdır.
Eyni zamanda 2022–2023-ci illərdə fərdi təhsil yolu ilə Front-end proqramlaşdırma sahəsində biliklərini daha da inkişaf etdirərək HTML, CSS, Bootstrap, JavaScript,TypeScript, React.js,Phyton GitHub və Git Bash texnologiyalarını peşəkar səviyyədə mənimsəmişdir.
2024-ci ildən etibarən ETNA Academy-də IT üzrə müəllim kimi fəaliyyət göstərir.
2025-ci ildən etibarən isə STİM-L Academy-də IT müəllimi vəzifəsində çalışır.
Bununla yanaşı, freelance əsaslarla müxtəlif veb saytlar və veb tətbiqlər hazırlayaraq sifarişlər üzərində işləyir.